photo_14758333
Bakıda AĞIR QƏZA: Moped sürücüsü öldü - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Səməd Vurğun və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Moped sürücüsü yol ayrıcını keçərkən onun nəqliyyat vasitəsini “Toyota” markalı avtomobil vurub. Mopedin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

22.03.2022 11:08
218