avtobus
Bakıda ağır qəza: avtobus 20 maşını əzdi - FOTOLAR

Paytaxtın Əsəd Əhmədov küçəsində (Yeni Yasamal) qəza baş verib.

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yol kənarında park edilən marşrut avtobusu enişə doğru axıb, nəticədə qarşısına çıxan və yol kənarındakı ümumilikdə 20-yə yaxın maşını əzib.

Şahidləri bildiriblər ki, avtobusun çırpıldığı maşınlardan biri - "Toyota" zərbənin təsirindən alışıb.

Faktla bağlı araşdırma aparılır.

05.08.2024 08:08
show 541