646363bfdfe51202305230639
Bakıda AA nömrəli maşını sürən xanım sürücü görün nə oyun çıxardı - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan xanım sürücünün videosu kameraya düşüb. 

Hadisə mayın 13-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib. Belə ki, 10-AA-579 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü öncəqoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra svetoforun qırmızı işığından keçərək yolayrıcına daxil olan avtomobilə qəza şəraiti yaradıb. Bu azmış kimi o, bir az qarşıda qoşa xəttin tələbini pozaraq sola dönüb.

Videogörüntüdən də aydın şəkildə görünür ki, qabağa düşmək üçün qaydaları kobud şəkildə pozan xanım sürücü, qayda pozmayan sürücü ilə demək olar ki, eyni vaxtda çatdı. (Avtosfer.az)


16.05.2023 15:06
show 3834