Bakıda təcavüz olayı baş verib.
Qlobal.net lent.az-a istinadən bildirir ki, paytaxtın Nardaran qəsəbə sakini 15 yaşlı qız fevralın 22-də yaşadığı evdən gedib və naməlum şəraitdə yoxa çıxıb. Bu barədə polisə məlumat verilib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmə qız tapılıb. Məlum olub ki, yeniyetmə qızı 53 yaşlı qohumu H.Dadaşov qaçıraraq, yaşadığı Nizami rayonundakı mənzilində zorlayıb.
H.Dadaşov tutulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.