665e19a372774202406242939
Rəfiqəsinin evində faciəvi şəkildə ölən 21 yaşlı qızla bağlı ŞOK FAKT - FOTO

Bakıda ölən 21 yaşlı qızla bağlı yeni detallar məlum olub.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, Zərifə Məmmədzadənin Ağsudan Bakıya işləmək üçün gəldiyi ilə bağlı səslənən iddialar doğru deyil.

Belə ki, Z.Məmmədzadə Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur. O, Bakı Biznes və Kooperasiya Kollecini bitirib.

Yaxınlarının sözlərinə görə, Zərifənin rəfiqəsi ilə birgə yaşadığı ilə bağlı yayılan xəbərlər yalandır.

Z.Məmmədzadənin atası vəfat edib. O, qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb.

Məlumata görə, Zərifə heç vaxt evdən kənar yerdə qalmayıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı. İşdən sonra rəfiqəsinin evinə qonaq gedən Zərifənin ölümü yaxınlarında bir sıra suallar doğurur.

***

Bu gün Bakıda həyatını sonladıran qızla bağlı bəzi faktlar məlum olub.

Qlobal.net lent.az-a istinadən bildirir ki, 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.

Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqənin evinə qonaq gəlibmiş.

Bina sakinləri Zərifənin Bakı şəhərində işlədiyini və onu sərbəst həyat tərzi sürdüyünü bildiriblər.

Həmin fotonu təqdim edirik:

03.06.2024 23:42
show 342