6581320914fe0202312230249
Bakıda 21 mərtəbəli yaşayış binası yanır

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.

***

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

“Report” xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

19.12.2023 10:02
show 574