APA-nın məlumatına görə, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.
Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.
Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.