Bakıda 15 yaşlı qız evdən qaçdı, oğlanlarla nəşələndi, gecəyarısı isə... – ŞOK OLAY
Bakının Səbail rayonunda 2001-ci il təvəllüdlü Rəvan Yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəvan 2022-ci ilin
aprelin 17-dən 18-nə keçən gecə yaşadığı mənzilində Vəfa ilə cinsi
əlaqədə olub.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin
152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə
cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə)
maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan
ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki,
Vəfa ilə təxminən 2022-ci ilin martında tanış olub: “Vəfa dostum Vaqifin
əsgərliyə getməsi ilə bağlı təşkil etdiyi qonaqlığa gəldi. Vaqifin
təşkil etdiyi qonaqlıq qurtardıqdan sonra Vəfa həmin gün evə getmədi və
birlikdə səhərə qədər şəhərdə gəzdik. Həmin vaxtdan bizim
münasibətlərimiz başladı. Daha sonra 4-5 dəfə Vəfa ilə şəhərdə görüşərək
birlikdə gəzdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 17-də, saat 17
radələrində “Sahil” bağında olan zaman Vəfa gəlib: “Həmin vaxt Malik,
Malikin qardaşı Əli, Adil, Fariz, Valeh, Adilin qardaşı Vüqar, Aydan və
Təranə yanımızda olublar. Vəfa təxminən 1 saat yanımızda olduqdan sonra
Adil ilə birlikdə getdi. Aprelin 18-də Adilə zəng vurdum və bayırda
qaldığımı, bir baş nəşəm olduğunu ddim. Adil məni Səbail rayonu,
“Malakan bağı” adlanan yerdən biraz aralıda yerləşən mənzil kirayə
tutduğunu, ora gələrək gözləməyimi bildirdi. Adilin olduğu yerə getdim.
Adil Vəfa ilə birlikdə məni qarşıladı. Biz Adilin kirayə tutduğu mənzilə
getdik. Həmin vaxt bizdən başqa mənzildə heç kim olmayıb. Yolda Adil
nəşəni çəkmək üçün “kazbek” aldı. Həmin mənzildə Adil ilə birlikdə
gətirdiyim nəşəni çəkdik”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra isə Vəfa Adilin
aldığı araqdan içib: “Adil divanda, mən isə kravatda uzandım. Həmin vaxt
Vəfa yanıma gəldi, kravatda uzandı. Vəfa “365 gün” kinosuna televizorda
baxmağa başladı. Bir neçə dəqiqədən sonra Vəfa mənə tərəf döndü və məni
qucaqladı. Biz öpüşməyə başladıq. Daha sonra Vəfa əynində olan
paltarları soyundu, onunla cinsi əlaqədə olduq. Cinsi əlaqədə olduqdan
sonra Vəfa hamama gedərək yuyundu. Sonra isə mən yatdım”.
Rəvan deyib ki, aprelin 18-də saat 12 radələrində yuxudan oyanıb:
“Mənzilin sahibi bizə çıxmağımızı bildirdiyinə görə, həmin mənzildən
çıxdıq. Həmin gün günorta saatlarında Vəfadan ayrıldım. Məni 39 polis
bölməsinə çağıran zaman məlum oldu ki, Vəfa evdən gedəndən sonra
valideynləri onu axtarırıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəfanın sözlərinə görə,
aprelin 15-də, saat 07 radələrində evdən dərsə getmək adı ilə çıxıb:
“Dərsə getmədim və birbaşa rəfiqəmgilə getdim. Saat 18 radələrində
rəfiqəmgildən çıxdım və Nərimanov rayonuna getdim. Orada tanışım Elmarla
görüşdüm. Ona dedim ki, evə getmək istəmirəm. Elmar Nərimanovda qohumu
olduğunu, onun evdə qalmağını təklif etdi. Mən də razılaşdım. Elmarla
birlikdə onun qohumunun evinə getdim. Orada 2 gecə qaldıqdan sonra
Elmarla Nərimanovda görüşdük. Biz söhbət etdikdən sonra saat 17
radələrində ondan ayrıldım və Sahil bağına getdim. Orada əvvəllər
tanıdığım Rəvanla görüşdüm. Həmin vaxt Malik, Malikin qardaşı Əli, Adil,
Fariz, Valeh, Adilin qardaşı Vüqar, Aydan və Təranə də Rəvanın yanında
olublar. Saat 20 radələrində Adil ilə birlikdə marketdən tekila,
energetik içkisi “ful” və digər əşyalar aldıq. Sonra Adilin kirayə
tutduğu 1 otaqlı mənzilə getdik. Həmin mənzildə Adillə tekila və
energetik içki içdik”.
Zərərçəkmiş qeyd edib ki, onlar evdə olan zaman saat 23 radələrində
Rəvan onların yanına gəlib: “Rəvan özü ilə nəşə gətirmişdi. O, Adil ilə
birlikdə nəşəni çəkdi. Həmin vaxt kravatda uzanaraq televizora
baxırdım. Sonra Adil divanda uzandı. Rəvan isə mənim yanıma gələrək
kravatda uzandı. Rəvan yanıma uzanandan sonra arxamı ona çevirdim. Bir
neçə dəqiqədən sonra ona tərəf döndüm. Rəvan məni qacaqladı, biz
öpüşməyə başladıq. Daha sonra cinsi əlaqədə olduq”.
O bildirib ki, aprelin 18-də saat 14 radələrində onlar həmin
mənzildən çıxıblar: “Adil və Rəvandan ayrıldım. Sonra “Torqovıda”
gəzməyə başladım. Həmin vaxt Elmarla görüşdüm. Elmar bildirdi ki, anam
məni axtarır. Elmar məni qohumu Vüsalənin yaşadığı evə apardı. Vüsalə
anama zəng vurdu, evlərinə çağırdı. Anam gəldikdən sonra olanların
hamısını anama danışdım”.
Bu cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Rəvan 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. (moderator.az)