Bakıda 1000 manata dua yazan falçı bu məmurun qohumudur – SƏSYAZISI

Ailəsində problem yaranan qadın “kömək” üçün getdiyi falçıda problem yaşayıb.

Qlobal.net xəbər verir ki, bu barədə CityPost.az saytına açıqlama verən 3 uşaq anası Aynurə Hacıyeva (Red- ad,soyad şərtidir) özü məlumat verib.

Qadının sözlərinə görə ailəsində, xüsusi ilə həyat yoldaşı ilə aralarında yaranan  problemi falçı vasitəsi ilə həll etmək istəyib. Bundan sonra həm pulundan, həm də ailəsindən olub.

“Rəfiqəm məni “28 may” tərəfdə yaşayan Rüfət adlı falçının evinə apardı. Falçı məni  inandırdı ki,həyatımda  baş verən bütün  problemləri həll edəcək. Bu yolla fala baxmaq adı ilə dəfələrlə  məndən  yaşadığı evdə 100-200 manat pul aldı. Mənə  deyirdi ki,sənə elə dua  yazacam ki, heç kim  sənə bata  bilməyəcək. ”Güllə batmaz” duasını yazmaq üçün məndən 1000  manat pul aldı. Üstündən bir neçə müddət keçdi. Soruşdum ki, mənə yazdığın dua necə oldu? Hər dəfə məni yola verirdi. Daha sonra aldadıldığımı başa düşdüm. Pulumu geri istəyəndə məni şantaj eləməyə başladı. Falçı Rüfət mənə dedi ki,bu haqda şikayət etsən, şəkillərini yayacam”,-deyə  şikayətçi qadın bildirib.

CityPost.az məsələ ilə bağlı özünü ekstasens kimi təqdim edən Rüfət adlı şəxslə əlaqə saxlayıb. O, baxıcı kimi fəaliyyət göstərdiyini və sözügedən xanımı tanıdığını etiraf edib.

1000 manat pula tilsim təmizlədiyini etiraf edir:

“Həmin qadın dəfələrlə mənim yanımda olub. Ona  kömək etmişəm.Amma o mənə o 1000 manat pul verməyib. 30  ildir ki, bu sahədəyəm. Hazırda 41 yaşım var. İnsanlar məndən əl  çəkmir.Heç vaxt  baxıcı olmaq istəməmişəm. Özüm ziyalı ailəsindənəm. Qohumlarım vəzifədədirlər. Özüm Saleh Məmmədovun (Red- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədrini nəzərdə tutur) qohumuyam.  Elə-belə  nəslin  övladı  deyiləm.”,- deyə  ekstrasens bildirib.

Bəs göstərdiyiniz fəaliyyətə görə,vergi ödəyirsinizmi sualına özünü baxıcı kimi təqdim edən Rüfət vergi ödəmədiyini bildirib.

“Mən niyə vergi ödəməliyəm ki? Ancaq öz yaxınlarıma, tanışlarıma baxıram. Həftədə bir  dəfə fala baxıram. Hər gün fala baxmıram ki,vergi də ödəyəm. Evimdə kameram var. Gəlsinlər,araşdırsınlar. Mənim heç nədən qorxum yoxdur.Artıq bu millətdən qorxuram.Yaxşılıq edirsən,pislik kimi qəbul edirlər”,-deyə  o  bildirib.

Qeyd edək ki,son günlər vətəndaşların dələduzluq yolu ilə pullarının ələ keçirilməsi halları çoxalıb. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı tədbirlər həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button