63e8e15b235a4202302235347
“Bakı zəlzələyə hazır deyil, Allahın ümidinə buraxılmışıq” - Seysmoloqdan ŞOK AÇIQLAMA

"Bakı zəlzələyə hazır deyil". 

Qlobal.net xəbər verir ki, bu sözləri seysmoloq Ənvər Əliyev “Hamam Times”a danışarkən deyib. 

O bildirib ki, zəlzələyə hazırlıqlı olmaq üçün tikilən binaların strukturu sağlam olmalıdır: 

 

“Əgər Bakıda 10 milyonluq Azərbaycan əhalisinin 40 faizi – 4 milyon insan yaşayırsa, burada yenidən nəsə eləmək problemdir. Mənim heç ağlıma da gəlmir ki, o binalar söküləcək, təzədən tikiləcək, bu mümkün olan şey deyil. Biz burada Allahın ümidinə buraxılmışıq”. 

Ə. Əliyev deyir ki, şəhər rəhbərliyi, hakimiyyət orqanları belə məsələlərdə diqqətli olmalıdır. 

 

12.02.2023 16:52
show 701