qış

Bakı-Şamaxı yolunda hərəkət "dondu" - FOTO

Gecə saatlarından respublika ərazisində havanın kəskin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub.

Belə ki, gecə saatlarında başlayan güclü qar və şaxta nəticəsində yol buz bağlayıb. Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.

Hazırda da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşandığı bildirilir.

14.12.2024 11:58
show 30