Bakı sakinlərinin NƏZƏRİNƏ – Saat 12-dən etibarən…
Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Bu dəfə zəif geomaqnit qasırğası hökm sürəcək.
Qlobal.net xəbər verir ki, zəif geomaqnit qasırğası bu gün saat 12:00-dan etibarən hiss edilməyə başlayacaq, axşama doğru 18:00 aralıqlarınadək davam edəcək. Saat 15-00-da isə az geomaqnit qasırğası baş verəcək.
Məlumata görə, sabah yəni saat 18:00 və 21-00 aralığında zəif geomaqnit qasırğası müşahidə ediləcək.
20 iyul tarixində isə bütün günü zəif geomaqnit qasırğası hökm sürəcək.
İyulun 21-də isə zəif geomaqnit qasırğası saat 15-00-a qədər davam edəcək. Bundan sonra 24 iyul tarixinə qədər zəif geomaqnit qasırğası gözlənilmir.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.