qəza
Bakı-Quba yolunda DƏHŞƏT: 6 ölü və yaralılar var -FOTO

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Qlobal.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Merscedes Vita" markalı mikroavtobusla TIR toqquşub. Mersedes-Vita-da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

15.12.2022 10:55
show 475