"Ulduz" stansiyasında hadisə saat 21:30 radələrində baş verib.
Bakı Metropolitenindən Qlobal.net-ə verilən məlumata görə, sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar "Nərimanov" stansiyasından elektrik deposuna yola salınıb.
Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.
Aidiyyəti üzrə müvafiq araşdırmalar davam etdirilir.
***
Bakı Metropoliteninin "Dərnəgül - Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, "Ulduz" - "Koroğlu" stansiyaları arasındakı tuneldə qalıb.
Qlobal.net xəbər verir ki, bu barədə "Report"a sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.