metro

Bakı metrosunda faciə: ölən var

Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb.

Qlobal.net xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.

Metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olub, sonradan hərəkət bərpa edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

03.10.2024 16:07
show 361