Bağırsaq qurdu pinworm kimi tanınan bağırsaq infeksiyasının bir növüdür.
Tibbdə enterobioz kimi tanınır. Hər il minlərlə insan bağırsaq qurdlarına
yoluxa bilər. Çünki bu vəziyyəti yaşamaq çox asandır.
Qlobal.net bildirir ki, bağırsaq qurdu xəstəliyi gigiyena nəzərə alınmadıqda və ortaq əşyalardan
istifadənin adi hala çevrildiyi zaman yaranır. Bağırsaq qurdları təbii müalicə
üsulları ilə müalicə oluna bilən bir xəstəlikdir.
1)Sarıkök:
Qarın qaşınması və qızartı bağırsaq qurdlarından qaynaqlana bilər.
Antibiotik təsirli sarıkök bağırsaq parazitlərinə qarşı faydalıdır. Yeməklərə və
ya suya əlavə edərək istehlak etmək tövsiyə olunur.
2)Kəklikotu:
Kəklikotu orqanizmi təmizləyərək bağırsaq qurdlarını aradan qaldırır. Kəklikotu
suyunun 1 həftə səhər və axşam içməyi tövsiyə edilir; bu, sidik yollarını təmizləyərək
parazitləri bədəndən çıxarır.
3)Çobanyastığı Çayı:
Çobanyastığı çayı bağırsaq qurdlarını təmizləyir. Antioksidant təsiri ilə
bağırsaqları təmizləyir. Səhər və axşam 1 stəkan içmək faydalıdır.
4)Yaşıl Çay:
Yaşıl çay orqanizmi təmizləyir və bağırsaq qurdlarını aradan qaldırır.
Sidiklə zərərli maddələrin atılmasına kömək edir. Qarın ağrısı və qaşınma
zamanı yaşıl çay içmək rahatlıq təmin edər.
5)Sarımsaq:
Sarımsaq orqanizmi infeksiyalardan qoruyur və bağırsaq parazitlərinə qarşı
faydalıdır. Çiy sarımsaq immuniteti gücləndirir və bağırsaq qurdlarının
yayılmasını əngəlləyir.
6)Zəncəfil:
Zəncəfil bədəni zərərli maddələrdən təmizləyir və bağırsaq qurdlarına qarşı
təsirlidir. Suya və ya qatığa əlavə edərək istehlak edə bilərsiniz. Gün ərzində
toz və ya yaş zəncəfil qəbul etmək sağlamlığa faydalıdır.
7)Portağal Qabığı:
Portağal qabığı bağırsaq qurdlarını təmizləməyə kömək edir. Sürtgəcdən
keçirilmiş və qurudulmuş qabığı su ilə qarışdırıb içmək bağırsaqları təmizləyir
və qurdların yayılmasının qarşısını alır. Toz halında da istehlak etmək
mümkündür.
8)Nar Suyu:
Bağırsaq qurdlarından xilas olmaq üçün nar suyu faydalıdır. 7 gün boyunca
gündə 1 stəkan nar şirəsi içmək bağırsaqları təmizləyir və qurdların atılmasını
sürətləndirir.
9)Ananas:
Bağırsaq qurdlarından xilas olmaq üçün ananas faydalıdır. Ananas dilimlərini
yemək və ya ananas çayı içmək bağırsaq qurdlarının aradan qaldırılmasına kömək
edir.
10)Balqabaq Tumu:
Balqabaq toxumu pinworms (bağırsaq qurdları) üçün faydalıdır. Təzə balqabaq
toxumları bağırsaqları aktivləşdirir və qurdların atılmasına kömək edir. 7 gün ərzində
gündə bir ovuc balqabaq toxumu istehlak edərək bu problemi həll edə bilərsiniz.
Səbinə
Qlobal.net