Təbii məhsullardan faydalanmağı sevənlər, müxtəlif bitki çaylarını sınamaqdan zövq alanlar üçün bugünkü mövzumuz: üzərlik toxumu!
Əgər bu bitki ilə daha əvvəl tanış olmamısınızsa, elə indi tanış olun. Üzərlik toxumu nədir, hansı faydaları var, "Mən də sınamaq istəyirəm" deyirsinizsə, necə istifadə edildiyini öyrənin.
Gəlin birlikdə üzərlig toxumunun nə olduğunu, nə olmadığını və orqanizmə təsirlərini bir-bir araşdıraq.
Sınamaq istəyənlərə öncədən nuş olsun.
Qlobal.net bildirir ki, Üzərlik toxumu adını aldığı üzərlik bitkisindən əldə olunur. Toxumlu meyvələri ilə seçilən bu bitki uzun illərdir ənənəvi və bitki mənşəli müalicələrdə istifadə olunur. Hətta 15-ci əsrə aid tibb kitablarında belə adına tez-tez rast gəlinir.
İsti iqlimləri sevən üzərlig bitkisindən əldə olunan toxumlar adətən çay formasında istehlak edilir. Bəzi insanlar mənfi enerjilərdən təmizlədiyinə inandıqları üçün üzərlig bitkisini yandırıb tüstüsünü evdə gəzdirirlər. Bu səbəbdən xalq arasında "nəzər otu" olaraq da tanınır.
Tarixi çox qədim dövrlərə uzanan bu bitki və toxumu, bədənə təsirləri ilə də maraq doğurur. "Bu təsirlər hansılardır?" deyirsinizsə, gəlin birlikdə baxaq.
Üst tənəffüs yollarına müsbət təsir göstərir. Xüsusilə burun tutulmasına qarşı təsirlidir.
Antioksidant xüsusiyyətləri sayəsində yalnız burun tutulmasına yox, eyni zamanda qrip, soyuqdəymə kimi xəstəliklərin qarşısını alır, mövcud xəstəliklərin daha tez sağalmasına yardımçı olur.
Bağırsaqların sağlam fəaliyyətini dəstəkləyir, zərərli bakteriya, parazit və qurdların aradan qalxmasına kömək edir.
Hormonların düzgün ifraz olunmasına yardım edir. Xüsusilə aybaşı dövrü nizamsız olan qadınlara tövsiyə olunur. Aybaşı ağrılarını və sancıları yüngülləşdirir.
Saçlara və saç dərisinə də faydalıdır. Saç köklərini gücləndirərək tökülmə və qırılmaların qarşısını alır.
Saçların daha gur və sağlam olmasına, daha tez uzanmasına kömək edir.
Depressiya, stres və mənfi ruh hallarına müsbət təsir edir.
Strese bağlı baş ağrısı və yuxusuzluq problemlərini aradan qaldırmağa kömək edir.
Müntəzəm istifadə edildikdə yaddaşı gücləndirir.
Həmçinin, bədəndə yaranan iltihabların daha tez sağalmasına kömək edir.
Üzərlig toxumunun faydalarını öyrənənlərin ağlına gələn suallardan biri də: “Üzərlig toxumu necə istifadə olunur?” Bu toxum adətən çay formasında qəbul olunur.
Çay hazırlamaq üçün:
2 stəkan suyu kiçik bir qazana və ya böyük cezvəyə tökün.
İçinə 2 çay qaşığı üzərlig toxumu əlavə edin və qaynamağa qoyun.
Təxminən 5-6 dəqiqə qaynadın, sonra ocağın altını söndürün.
Süzün, toxumlarını ayırın və ilıq halda için. Bu qədər sadə!
Başqa bir istifadəsi isə tüstü üsuludur – mənfi enerjidən təmizlənmək istəyənlər tərəfindən istifadə olunur. Bu zaman diqqətli olmaq, dumanın çox olmamasına və heç kimə zərər verməməyə diqqət yetirmək vacibdir.
Üzərlik toxumu da daxil olmaqla daha əvvəl istifadə etmədiyiniz hər hansı bir bitkini sınayarkən mütləq ehtiyatlı olun. Xüsusilə:
Xroniki və ciddi bir xəstəliyiniz varsa,
Daimi dərman qəbul edirsinizsə,
Alergik bədən quruluşunuz varsa —
mütləq həkiminizlə məsləhətləşin.
Unutmayın, hər bitki hər kəsə eyni təsiri göstərməz.
Fidan
Qlobal.net