04.06.2021
12:27
79

Bağdadda partlayış olub, ölənlər və yaralananlar var

Loading...

İraqın paytaxtı Bağdadın Kazımiyyə rayonunda insanların sıx toplaşdıqları ərazidə qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təhlükəsizlik Xidməti yayıb.

Hadisə iyunun 4-də gecə saatlarında Kazımıyyədə Bab-əl Murad adlı restoranın yaxınlığında baş verib.

Ölənlərin və yaralananların sayının artacağı ehtimal edilir. Hadisənin terror hücumu nəticəsində baş verdiyi istisna olunmur.

Loading...