Bacıya aid şeirlər

Bacıya aid şeirlər

Bacılar həyatın ən dəyərli insanlarından biridir.

Qlobal.net bildirir ki, onlar həm ən yaxın dost, həm də ailənin bir parçası olaraq, həyatımızda əvəzolunmaz bir yer tuturlar. Bacı ilə keçirdiyimiz hər an, bizə həm təcrübə, həm də xoşbəxtlik bəxş edir. Bacıya aid şeirlər, bu xüsusi əlaqənin dərinliyini və bacının həyatda nə qədər mühüm olduğunu ifadə etməyə çalışan gözəl bir vasitədir.

Bacıya olan sevgini, hörməti, anlayışı və bir-birinə dəstək olmağı ifadə edən şeirlər, sözlərlə bacının dəyərini anlatmanın ən gözəl yollarından biridir. Bu məqalədə, bacıya aid şeirlərin əhəmiyyətindən və onların necə ürəkdən yazıldığından bəhs edəcəyik. Bacı ilə paylaşdığımız duyğuları və xatirələri ən yaxşı şəkildə ifadə edən bu şeirlər, hər kəsin ürəyinə toxunacaq.

Bayramlar ayında doğulan bacım,
Heç sənin toyun da bayram olmadı.

Tərk edib gedirdin zülm ocağını,
Eləydi getdiyin yerin də adı.

 

 

Xoş sözü ömründə  kimdən eşitdin? –

Atandan, anandan ya qardaşından?

Yıxıldın, hayına kimin yetişdi?

Ağladın, qoşulub kim yaş axıtdı?

 

 
Zəhmətin ağırdı, günün qaraydı,

Bayramlar ayında doğulan insan.

Demə, əziz bacı, təkcə bu ayda –

Həmişə qəlbimdə, yaddaşımdasan…
***

Qardaşa, anadan xəzinə,paydı
Könüldə açılan,çiçəkdir, bacı
O, isti günəşdi, işıqlı aydı
Hər evdə çırağdı,bəzəkdi, bacı

Dərdimə,məndən çox ağlayan odu
Tər-təmiz bulağdı, o şəffaf sudu
Dərdlərim gizlənir, gələndə adı
Dərdimi qorxudan, fələkdir, bacı

Uşaq tək nazımı, çəksə yorulmaz
O elə zəncirdi,möhkəm, qırılmaz
Onun tək nə bir dost,nə bir yar olmaz
Köksümdə döyünən,ürəkdir, bacı

Bəlkə də incitdim,küsə bilmədi
Duasın üstümdən,kəsə bilmədi
Bir, özgə tərəfə,əsə bilmədi
Dərdimi sovuran,küləkdir, bacı

***
Bacım, əziz bacım,
ay gözəl bacım,
Ay mənim dəyərlim,
mənim baş tacım…
Sənsən bu həyatda varım, dövlətim,
Sənsən mənim ən dəyərli zinətim.
Bir evdə keçibdir uşaqlığımız
O ən doğma olan,
o pak, ən təmiz,
İndi şəkillərdə axtardığımız,
O qayğısız keçən saf çağlarımız…
Birlikdə görmüşük gözəl günləri,
Birlikdə aşmışıq çətinlikləri,
Bir evdə böyüyüb başa çatmışıq,
Bir evdə etmişik dəcəllikləri…
Səninlə bağlıdır xatirələrim,
Hərdən düşünürəm,
salıram yada,
Bacıdan dəyərli, bacıdan əziz,
Görəsən bir varlıq varmı dünyada?!
Bacım, gözəl bacım,
mehriban bacım,
Bil ki, sən hər zaman mənə lazımsan,
Uca Yaradana şükürlər olsun,
Yaxşı ki, həyatda mənim bacımsan,
Bütün gözəlliklər qoy sənin olsun,
Qəm-kədər qarşına çıxmasın sənin,
Gözlərin gülüşün vətəni olsun,
Dərdlər ürəyini sıxmasın sənin…
Bacı hər qardaşa gərəkdir,gərək,
Dar gündə yanına ilk o gələcək.
Səninlə ağlayıb,sənlə güləcək…
Bacılar hər evə bazəkdir, bəzək,
Bir bacı bir evdə solmayan çiçək,
Bacı ən xoş arzu, ən gözəl dilək,
Bacı bir anadır, analar mələk…
Gəlin, bacımızın dəyərin bilək.
Gəlin, bacımızın dəyərin bilək.

Fidan
Qlobal.net

19.01.2025 01:00
show 21