Şou-biznes

Bacılarıma toxunanın dədəsinə od vuraram – Brilliant Dadaşova HƏDƏLƏDİ

“Bacılarıma toxunan insanların dədəsinə od vuraram”.

Qlobal.net xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində deyib:

“Səidəgil bu söhbətə son qoymaq istəyirlərsə, onlar mənim bacılarımdan üzr istəməlidir. Bacım Lalə çox emosianaldır. Səidənin ünvanına nalayiq söz dedi. O da hirslənmişdi. Çünki Sədaqət xanım çox ağlayır. İnsanın anasının südü tutar gözünü. Ana barəsində yalan danışmaq olmaz. Sədaqət onları heç vaxt atmayıb.

Səidə deyir ki, anama baxmışam. O da səbəb ola bilər ki, səni anandan uzaqlaşdırsın. Birdən sən bir manat anana verərsən. Sədaqətin mənim kimi bacısı var.

Heç vaxt qoymaram, mənim bacılarım kiməsə möhtac olsun. Pandemiya dövründə bağımı da, Türkiyədəki evimi də satmışam. Sonuncu əşyama qədər sataram, yenə də qoymaram bacılarım kiməsə möhtac olsun. Bacılarıma toxunan insanların dədəsinə od vuraram”.

Related Articles

Leave a Reply

Back to top button