673f29df4c3dc202411243855

Bacı haqda maraqlı və mənalı şeirlər

Bacı - həyatın ən gözəl hədiyyələrindən biridir. O, uşaqlıq illərində oyun yoldaşı, böyüdükdə isə səmimi dost və sirdaş olur.

Qlobal.net bildirir ki, bacı ilə olan münasibət sevgi, anlayış və qayğının mükəmməl bir nümunəsidir. Həyatda qarşılaşdığımız çətinliklərdə bacının dəstəyi və təbəssümü insanın ən böyük təsəllisi olur. O, yalnız bir qohum deyil, eyni zamanda bir ruh yoldaşıdır.

Bacı haqda maraqlı və mənalı şeirlər


Bilmirəm nə vaxtdı?
Hansı il,
Hansı gün?
Hansı saatdı?

Səndən necə oldu söz saldı anam.
Uşaq xəyalımda tufan yaratdı,
O gündən qəlbimə köz saldı anam.
O, elə közdü ki, yanar, ay bacı,

Könlümdə, tüstüsüz od-ocaq çatar.
Qəlbimə bir həsrət qonar, ay bacı,
Kipriyim kədərdən buz-qırov tutar.
Bir qərib xatirə yaşayır məndə,

Ona sığınaram kövrəlsə ürək.
Yaşayar qəlbimin dərinliyində,
Hər saat mən onu ovudam gərək.
Unuda bilmirəm!
Bilmirəm niyə?
Bu kədər ərimir sirli dağ kimi,
Gecə yuxularım çəkilir göyə,
Alışır hər ulduz bir ocaq kimi,
Ocaq …odu köz-köz ata ocağı.

Solğun qız bənizi…..
Nisgilli gözlər…
(Doğma yurd ömrümün ilk sığınacağı,
Qayıtsam daş divar məni əzizlər.)
-Eviniz nə yaman soyuqdur, ana
(Donur gözlərimdə yaş gilə-gilə)
Ürək üşüyərsə……
Neylər insana, 
Günəşi ocaqda yandırsan belə?
Sənin taleyinə düşmüşdü yoxsa,
İnsafsız “fələyin” bir sərt gərdişi?
Yadıma düşəndə…
Od-alov yağsa, 
Yansa başım üstə bir yay günəşi,
Yenə üşüyərəm….
Ağırdır bu qəm!….

Nə yaxşı dünyada “qol-qanadın” var,
Bəlkə bu nisgilə dözməzdim bacım.
Qayıdıb ömrünə gecikən bahar,
Rahat yer üzündə gəzməzdim bacım.

Bu xoşbəxt günləri indi alqışla,
Saldım ötənləri yadına sənin.
Neyləyim bacarsan məni bağışla,
Qurbanam, ay bacı, adına sənin.

Müəllif: ETİBAR ETİBARLİ


***
Qardaşa, anadan xəzinə,paydı
Könüldə açılan,çiçəkdir, bacı
O, isti günəşdi, işıqlı aydı
Hər evdə çırağdı,bəzəkdi, bacı

Dərdimə,məndən çox ağlayan odu
Tər-təmiz bulağdı, o şəffaf sudu
Dərdlərim gizlənir, gələndə adı
Dərdimi qorxudan, fələkdir, bacı

Uşaq tək nazımı, çəksə yorulmaz
O elə zəncirdi,möhkəm, qırılmaz
Onun tək nə bir dost,nə bir yar olmaz
Köksümdə döyünən,ürəkdir, bacı

Bəlkə də incitdim,küsə bilmədi
Duasın üstümdən,kəsə bilmədi
Bir, özgə tərəfə,əsə bilmədi
Dərdimi sovuran,küləkdir, bacı

Üzülsəm, gecələr heç yata bilməz
Gözümdə qəm görsə,üzü də gülməz
Gözüylə danışar,dili də dinməz
Gözündən nur saçan,mələkdir, bacı

Ərköyün böyüdük,qayğıdan uzaq
Bacılar,hər zaman tüstüsüz ocaq
Qardaşlar bacıya hünərdi,ancaq,
Bacının özünə,gərəkdir, bacı

22.11.2024 02:30
show 92