photo_70480960
“Azza”dan aldığı tort başına BƏLA OLDU - 3 illik...

“AZZA AQRO” Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub.

Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.

Bundan başqa, Cavad “Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.

İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı bəlli olub ki, “Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Məhkəmədə təqsirləndirilən Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib. Bundan sonra “Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib.

Məhkəmənin qərarı ilə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib. 

06.07.2022 09:22
show 570