Azyaşlı uşağının yanında döyüb, geyinmə otağında alçaltmaq istəyiblər - ŞOK TƏFƏRRÜAT
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan
Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov,
Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni
təfərrüatı məlum olub. Hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı baş verib.
Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə
adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü
önündə döyüblər.
Daha sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını
sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb
H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup
halında köməksiz vəziyyətdə olan H.Əzizovdan bu sahədən çəkilməsini
tələb ediblər.
Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki
nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.