64181a681ba75202303233344

AzTV VƏ Dil Komissiyası KOBUD SƏHV BURAXDI – FAKT

Azərbaycan Dövlət Televiziyasının və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin düzgün yazı qaydasını öyrədən zaman kobud səhvə yol verməsi təəccübə səbəb olub.

Qlobal.net xəbər verir ki, mərkəzin paylaşımında yol verdiyi səhvi Facebookdakı “Grammar Azi” səhifəsi ictimailəşdirib.

Belə ki, “Azərbaycan dilində düzgün yazıb səlis danışmaq” məsləhəti verən mərkəz “səlis” sözünü “səlist”, “Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir” cümləsində isə “varlığını” sözünü “varlığın” kimi yazıb.

Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub.

20.03.2023 12:32
show 948