6357c003dc627202210225251
AzTV-nin "Həftə" verilişi dünya gündəmində - VİDEO/FOTO
Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədovun verilişin son buraxılışında Rusiya Federasiyası ilə İran İslam Respublikasının ünvanına söylədiyi fikirlər sosial şəbəkələrdə gündəm olub.Maraqlı olan budur ki, ilk dəfə olaraq Azərbaycan telekanallarından birinin verilişi barədə sosial şəbəkələri adi, orta statistik istifadəçiləri ilə yanaşı, məşhur siyasətçilər, analitiklər, dövlət xadimləri, habelə ən nüfuzlu və populyar media strukturlarının səhifələri də yazırlar.

Məsələn, dünyanın ən məşhur filosoflarından və siyasi iqtisadçılarından biri, çağdaş geosiyasət nəzəriyyəsinin "ata"larından sayılan Frensis Fukuyama AzTV-nin "Həftə" verilişində Rusiyaya ünvanlaşmış tənqidin səsləndiyi kadrlardan bəhs edən tviti paylaşıb: "Bu, inanılmazdır!".

"Həftə"nin buraxılışı ABŞ, Yaponiya, Britaniya, Fransa, Ukrayna, habelə onlarla ölkənin ən böyük mass-mediasında müzakirə mövzusu da olub.

Müzakirələrdə Azərbaycanın tutduğu mövqe bütünlüklə, tam olaraq dəstəklənib və təqdir edilib.



25.10.2022 14:50
367