photo_22542360
AzTV-də faciə: Polis özünü vurdu - VİDEO


"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Mühafizə Şöbəsinin əməkdaşı olan polis işdə özünü güllə ilə vurub.

Lent.az-ın  APA-ya istinadla xəbərinə görə, polis serjantı Yasin İnqilabzadənin xidmət aparan zamanı silahla ehtiyatsız davranması nəticəsində özünə atəş açdığı və hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva faktı təsdiqləyib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov da faktı təsdiq edib, bildirib ki, araşdırma aparılır.


08.01.2022 18:55
328