Aznavur Saryan MƏHV edildi: Separatçılar ŞOKDA - FOTO
Qlobal.net Axar.az-a istinadla xəbər verir ki, ordumuzun Qarabağda apardığı
antiterror tədbirləri nəticəsində Xocavənd şəhərinin qondarma “meri”
Aznavur Saryan öldürülüb.Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qondarma mer Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.
Xatırladaq
ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi
məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Üçtərəfli
bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə
bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan
Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər
çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və
dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də
döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli
silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur
obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan
çıxarılır.