19.09.2020
12:44

"Azinvest İnşaat” 12 milyon manatlıq sifariş aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC GPON (Giqabit imkanlı passiv optik şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) texnologiyalarının tətbiqi ilə baza stansiyalarının quraşdırması və şəbəkəsinin genişləndirilməsi üçün elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibi "Azinvest İnşaat” QSC-dir.

Qalib şirkətə 11 milyon 747 min 402 min manat ödəniləcək.

Loading...