Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.
Qlobal.net yazır ki, ATU-nun mətbuat katibi Günel Aslanova Axşam.az-a bildirib ki, aktyorun ürək fəaliyyəti yenidən bərpa olunub və hazırda onun vəziyyəti ağır kritik olaraq qalır:
“Xəstə koma vəziyyətində xəstəxanaya daxil olub. Lakin daha sonra müdaxilələrə baxmayaraq xəstənin ürəyi dayanıb. Bununla bağlı məlumat yaydıqdan dəqiqələr sonra bəlli oldu ki, həkimlərin səyləri nəticəsində xəstənin ürək döyüntüləri bərpa edilib. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır”.