qadın
Azərbaycanlılar 23 yaşlı qızı qaçırıb yarım milyon pul istədilər
Rusiyada azərbaycanlılar qadını oğurlayıblar.
Qlobal.net
lent.az-a istinadən bildirir ki, hadisə Çelyabinsk vilayəti Yemanjelinsk şəhərinin Engels küçəsində baş verib. 27 yaşlı iki azərbaycanlı Tacikistan vətəndaşı olan 23 yaşlı qadını qaçırıblar. Bundan sonra azad olunması üçün ondan 500 min rubl (təxminən 9900 manat) tələb ediblər.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində cinayətin üstü ən qısa müddətdə açılıb. Məlumata görə, adam oğurluğunda şübhəli bilinən hər iki azərbaycanlı saxlanılıb.
Faktla bağlı "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam oğurlama" və "hədə-qorxu ilə tələb etmə" maddələri ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
31.07.2024 14:12
show 446