63ebc24e41078202302231806

Azərbaycanlı tələbələrdən birinin nəşi TAPILDI

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrdən birinin nəşi tapılıb. 

Qlobal.net xəbər verir ki, bu barədə AzTV-nin ərazidəki müxbiri məlumat yayıb. 

Bildirilib ki, Malatya universitetinin tələbəsi Şahin Vəliyevin nəşi dayısı Azər Hüseynov tərəfindən tanınıb. 

Tələbənin cənazəsinin tezliklə Vətənə gətiriləcəyi qeyd olunub. 

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar.

14.02.2023 21:17
show 479