Cəmiyyət

Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü – FOTOLAR

Türkiyənin Samsun şəhərində azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

Qlobal.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcili yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub.

Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatını aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı saxlanılan təcili yardım maşınının sürücüsü Şakir Ü. isə həbs edilib.

Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi idi.

WhatsApp Image 2025 10 31 at 23.04.56 1
WhatsApp Image 2025 10 31 at 23.04.56
WhatsApp Image 2025 10 31 at 23.04.56 2

Related Articles

Leave a Reply

Back to top button