Azərbaycanlı taksi sürücüsü bu çıxışı ilə Türkiyədə GÜNDƏM OLDU - VİDEO
Qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilərə tək qardaş
ölkədə deyil, regionda və dünyada maraq pik həddədir. Seçki kampaniyası,
namizədlərin çıxışlarına ölkəmizdə də maraq güclüdür. Bu da təbiidir.
Azərbaycan və Türkiyə "Bir millət iki dövlət" prinsipini sözdə deyil,
əməldə reallaşdırıb. Azərbaycan xalqı seçkiləri və onun nəticələrini
diqqətlə izləyir.
Yeri gəlmişkən, qardaş ölkənin mediası Türkiyədəki seçkilərlə bağlı
azərbaycanlı taksi sürücüsünün sözlərini əsas xəbərlərinə çeviriblər.
Prezident Ərdoğanın Kanal 7 və Ülke TV-nin birgə canlı yayımında
gündəmlə bağlı sualları cavablandırdığı dəqiqələrdə türk jurnalistlərin
Azərbaycanda səfərdə tanış olduqları taksi sürücüsü Səyyadın Ərdoğanla
bağlı dediyi sözləri tirajlamaları böyük bəyənmə toplayıb.
Jurnalistlərlə söhbətində qızının cehizini Türkiyədə "Əsrin
fəlakəti" zamanı zəlzələ qurbanlarına bağışladığını bildirən soydaşımız
Ərdoğanın seçkilərə baxışı ilə bağlı önəmli mesajlar verib. "Ərdoğanın
qədrini bilmirsən" deyən Səyyad "Ərdoğana qurban olum. O, böyük
şəxsiyyətdir. O, ikinci Atatürkdür. Bütün dünya Ərdoğanın seçilməməsini
istəyir...", - deyib.
Ətraflı videoda: