6742b6d4be3e1202411241708

Azərbaycanlı şagirddən BÖYÜK UĞUR: 10 min nəfər arasında birinci oldu, tam bal topladı - VİDEO

Minlərlə şagirdin iştirak etdiyi YÖS (Yabancı uyruklu öğrenci sınavı - Xarici tələbə imtahanı) imtahanında azərbaycanlı şagird 1-ci yeri qazanıb.

Türkiyədə keçirilən və 10 minə yaxın şagirdin qatıldığı imtahanda dünya üzrə yeganə 500 tam balı Gülcan Niftəli yığıb. Nəticə onun üçün gözlənilməz olsa da, Gülcan Niftəli hədəfinin hər zaman yüksək olduğunu və özünə inandığını deyir: "Bəlkə də anam həkim olduğu üçün ondan ilhamlanaraq bu peşəni seçdim". Ən yüksək nəticə göstərdiyi imtahanın nəticəsini isə bibisindən öyrənib. Gələcəyin savadlı həkimi olmağa namizəd Gülcan Niftəli hansı ixtisas üzrə həkim olmaq istədiyinə tələbəlik illəri ərzində qərar verəcəyini deyir. Gülcanın həmyaşıdlarına motivasiyaedici tövsiyəsi də var.

Qeyd edək ki, G.Niftəli tanınmış jurnalist Elnur Niftəliyevin övladıdır.

Qlobal.net Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edir:

24.11.2024 09:10
show 92