Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR – SİYAHI

Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR – SİYAHI

Azərbaycanda iqtisadçı, hüquqşünas, həkim və digər ixtisaslara yiyələnmiş nazirlər var. Onlar təhsil üçün həm ölkə, həm də dünya universitetlərinə üz tutublar. 

Sfera.az bu dəfə azərbaycanlı nazirlərin bitirdiyi universitetlərin siyahısını təqdim edir: 

Azərbaycan Respublikasının Baş naziri Əli Hidayət oğlu Əsədov – 1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1978-ci ildə həmin İnstitutu bitirib. O, iqtisad elmləri üzrə yüksək təhsil alıb və uzun müddət iqtisadi sahədə fəaliyyət göstərib.

1737103846 eli Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Baş nazirin müavini Şahin Abdulla oğlu Mustafayev – 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. O, iqtisadçıdır və maliyyə, iqtisadiyyat sahəsində geniş təcrübəyə malikdir. 

1737103862 1492063640 2112 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 Baş nazirin müavini Samir Rauf oğlu Şərifov – 1983-cü ildə Ukraynanın Kiyev Dövlət Universitetində Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib və magistr dərəcəsi alıb. 

1737103860 samir Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazov – 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 

1737103884 vilaeyt Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev – 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr, 2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.  

Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI 

 

Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev – 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib. 2010–2012-ci illərdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Fulbright” proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

1737104015 amrullayev Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov – 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 

1737104058 perviz1 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI
 
Ədliyyə naziri Fərid Turab oğlu Əhmədov – Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını edib. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

1737104094 1489404262 148 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev – Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

1737104156 sahil Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI 

 

Fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov – 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib.  Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

1737104212 mycollages 73 1 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov – Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

1737104218 ferid Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov – Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1737104288 ceyhun1 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

İqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov – 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1737104269 01 14.07.16 3 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov – 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində  “Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit”  ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb. 2017-ci ildə ABŞ-də “Aqrobiznesdə İnnovasiya və Effektivlik” üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub. 2022-ci ildə Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan “Qida və Aqrobiznesdə İdarəetmə” (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlayıb.

1737104341 mecnun Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Mədəniyyət naziri Adil Qabil oğlu Kərimli – 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

1737104386 adil Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 
Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov – 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi, 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

1737104336 zakir Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev – 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ixtisasına daxil olub,  2008-ci ildə fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olub.

1737104503 nazirr Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

smartbee Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHIƏtraflı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev – 1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.  2000–2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

1737104508 resadnebiyev1 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Səhiyyə naziri Teymur Yusif oğlu Musayev – 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili, 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.

1737104520 mycollages 2021 11 05t140445.384 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Əvəz qızı Muradova – 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1737104539 mycollages 2022 12 20t131602.794 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Rauf oğlu Muradov –  2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə birgə magistratura proqramını bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olub.

1737104571 fuad Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Ələmşah oğlu Məmmədov –  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

1737104665 111 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov – 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib.  2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.

1737104659 sahin Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev – 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub, 1988-ci ildə oradan məzun olub.

1737104688 elcin Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dövlət Statistika Komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov – 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

1737104735 tahir Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev – 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.

1737104693 anar Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev – 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

1737104802 ty5r4 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov – 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib.  2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

1737104800 t456 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev – 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirib.

1737104875 ellllll Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimov – 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub,  1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1737104898 mursel Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov – 1999-cu ildə Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

1737104962 zaur Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev – 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminghem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

1737104994 fuad 1 Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli – 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub. 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi elmlər bakalavrı” dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

 

1737104953 qosqar Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

 

Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov – 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971–1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.

1737105061 res Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

Related Articles

Bir cavab yazın

Back to top button