Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı müğənni Elman Zeynalov həyat yoldaşına bahalı hədiyyə edib.
Qlobal.net Söz.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşı Marqarita Tsoya dəyəri 11 milyon rubldan çox olan saat bağışlayıb.
M.Tsoy İsveçrə brendinin 18 karatlıq ağ qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş dəbdəbəli məhsulunu sosial şəbəkə hesabında paylaşıb.
Zinət əşyasının dəyəri 112 min dollardır (11,1 milyon rubl).