qəza
Azərbaycanlı müğənni qəza KEÇİRDİ: VƏZİYYƏTİ AĞIRDIR - FOTO

Bakının Xətai rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Neapol dairəsinin yaxınlığında baş verib.

Ələkbərli Vəfa Maqsud qızı idarə etidyi “Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.

08.11.2023 09:12
show 43552