641e8fbc10f50202303230756

Azərbaycanlı müğənni ailəsi ilə AĞIR QƏZAYA DÜŞÜB: 6 nəfərdən 5-i ölüb

Tanınmış gənc müğənni Ülviyə Sədaqət uzun illərdən sonra ATV telekanalında Nanə Ağamalıyevanın verlişinin qonağı olub.

Qlobal.net xəbər verir ki, xanım müğənni uzun illər efirlərdən uzaq düşməsinin acı səbəbini açıqlayıb.

Bir zamanlar perespektiv vəd edən səs sahibi kimi göstərilən Ülviyə uzun zamandır efirdə olmamasının səbəbi barədə danışarkən məlum olub ki, müğənni 13 il əvvəl ağır qəzada anasını itirib:

"Bu hadisə 2010-cu ildə baş verib. Anamı bütün sənət adamları, bütün televiziya işçiləri tanıyırdı. Çünki hər yerə anamla gedirdim. Televiziya Muğam Müsabiqəsində də o insanın mənə görə necə təlaş, həyəcan içərisində olduğunu hər kəs bilirdi. Bu hadisə də hamıya təsir etdi. 

Həmin gün bir toy şənliyinə qatılmışdım, oradan geri dönərkən avtomobil qəzasında anam dünyasın dəyişdi. Özüm də 14 gün komada qaldım. Sükan arxasında da mən özüm idim. Qəza Qala yolunda "4 yol" deyilən ərazidə baş verdi. Mən 90 sürətlə gəlirdim, 200 sürətlə də digər avtomobil gəlirdi və qarşı yoldan bizim üstümüzə gəldi. 


Qabaqda mənim yanımda qonşumuz əyləşmişdi, anam mən tərəfdən arxada əyləşmişdi. İnanırsınız ki, o hadisəni mən xatırlamıram. Qarşı avtomobilin sürücüsü içkili vəziyyətdə olub. Hadisədən sonra məni aparmışdılar Sabunçu xəstəxanasına (3 saylı xəstəxana), orada demişdilər ki, heçnəyi yoxdur. Amma kapilyarlar hamısı partlamışdı (daxili qanaxma), beynimə zəhərlənmə vermişdi. O vəziyyətdə anamı dəfn etmişəm. Dəfn edəndə də elə yerə yıxılmışam. Onunla da artıq heçnə xatırlamıram. Aparıblar "Semaşko"ya (1 saylı şəhər klinikası), əməliyyat olundum, 14 gün komada qaldım. 

Həkim atamı çağırıb demişdi ki, "Ümid yoxdur sağ qalmağına, biz əlimizdən gələni etmişik, ümid sadəcə qalıb Allaha". Mən ikinci dəfədir həyata dönmüşəm.

Bizi vuran avtomobildəki şəxslərdə, mənim idarə etdiyim maşındakı şəxslər də anam qarışıq dünyasını dəyişdi. 6 nəfərin içində birdənə sağ qalan mən oldum. Buna görə mən sənətdən də uzaqlaşdım". (milli.az)

25.03.2023 10:05
show 2308