təcili
Azərbaycanlı müğənni ağır qəzaya düşdü - VİDEO

Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.

OLAY-ın əldə etdiyi məlumata görə, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib.

İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın sağ tərəfdən TIR-la toqquşub. T. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilib.

 
18.09.2024 10:49
show 1210