Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva evlənəcəyini açıqlayıb.
Qlobal.net lent.az-a istinadən bildirir ki, Cihangirdə küçələrin birində müxbirlərlə rastlaşan model məsələ ilə bağlı danışıb.
O, tezliklə ailə həyatı quracağını bildirib.
"Tezliklə evlənəcəyəm. Evlilik təklifi aldım. Mütləq gəlib çəkərsiniz. Adı Daviddir", - Musayeva deyib.
Bildirilir ki, aktrisa müxbirlərdən uzaqlaşdıqdan sonra küçədə "Evlənirəm" deyərək qışqırıb.
Günay Musayeva 2011-ci ildə türkiyəli aktyor Tolqa Karel ilə ailə həyatı qurub. Ancaq 4 il sonra 2015-ci ildə qalmaqallı şəkildə boşanıblar. Onların bu evlilikdən bir oğlu var.