65b5de76270fd202401245622
Azərbaycanlı məşhurun şeiri efirdə illərdir gizli qalan böyük bir sirrin üstün açdı - VİDEO

Məşhur qiraətçi Pünhan İsmayıl ARB telekanalında qonağı olduğu veriilişdə mərhum Xalq şairi Musa Yaqubla bağlı maraqlı bir faktın üstünü açıb.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, qiraətçi şairin "Qış olub üstümə niyə gəlmisən" şeirinin tarixçəsi ilə bağlı danışarkən, bunun Musa Yaqubun öz başına gələn bir hadisəyə həsr edildiyini bildirib.

Pünhan efirdə bildirib ki, şair bunu vaxtı ilə sevdiyi qızla illər sonra qarşılaşdıqdan sonra qələmə alıb. Lakin həmin qız ailəsinin istəyini nəzərə alaraq başqa bir şəxslə ailə qurubmuş.


28.01.2024 08:55
show 2232