Türk vətəndaşı Oğuzhan Kaya ilə ailə quran müğənni Nüşabə Musayevanın qızı Elnarəyə qadağa qoyulub.
Qlobal.net Titul.az-s idtinadla xəbər verir ki, həyat yoldaşı ilə köçüb Türkiyədə yaşayan Elnarəyə ilk qadağa da elə həyat yoldaşından gəlib.
Oğuzhan müğənninin qızına ali təhsil almayacağı və işləməyəcəyi barədə şərt qoyub. Bunu Nüşabə özü efirdə səsləndirib.
İfaçı səbəbini belə izah edib: "Oğlanın özünün çox yaxşı imkanı var. Elnarəni işləməyə qoymadılar. Öncədən də dedilər ki, onsuz da biz onu işləməyə qoymayacağıq, ehtiyac yoxdur".