cavad
Azərbaycanlı məşhurun həyat yoldaşı XƏYANƏTİN ƏVƏZİNİ ondan belə çıxdı

"Az danış. Arvad indi televizorun qarşısında oturub sənə baxır".

Bunu Zaur Kamal aparıcısı olduğu verlişdə Cavad Rəcəbovun onunla birgə eyni efirdə qonaq olan gənc qadın müğənninin ünvanına xoş sözlər deyərkən sözünü yarıda kəsərək bildirib.

Aparıcı fikirlərinin ardında Cavada "Çöldə qalmaq istəyirsən yenə?" sualı ilə müraciət edib. Müğənni "Yox, o, Lənkərandadır, mən burda" cavabını verib. 

Zaur "Bir dəfə nəsə etmisən, səni evə buraxmırmış" deyərək müğənnini efirdə çətin vəziyyətdə qoyub. 

Cavad Rəcəbov Zaurun bu ifadələrinə cavab olaraq bildirib:

"Bizim xanım mənə çox inanır. 42 ildir ki, Nuranə xanım mənim həyat yoldaşımdır. Bilir də sənətçiyəm, gec də gələ bilərəm, ümumiyyətlə heç gəlməyə də bilərəm. Amma mən gələnə qədər yatmaz. 

Biz 1981-ci ildə ailə qurmuşuq. Bu 42 ildə inanın ki, bilənlər də bilir, harda olursam olum, mən evə gələnə qədər bugünki günə kimi divanda otuaracaq, məni gözləyəcək". 

Müğənninin bu açıqlamaları da Zaurun müğənnini həyat yoldaşına sadiq olmadığı iddiasından əl çəkməsinə kifayət etməyib. (milli.az)

28.06.2024 00:14
show 7265