Azərbaycanlı məşhurların xaricdəki mülkləri - İstanbulda kimin evi var?
İstər mahnıları, istər bahalı həyat tərzi, istərsə də özəl həyatları ilə gündəmə gələn şou-biznes nümayəndələri zaman-zaman mülkləri ilə də diqqət çəkirlər. Onlar arasında bəziləri də var ki, nəinki Azərbaycanda, sərhəddən kənarda da mülk almağa üstünlük verirlər. Bunun üçün isə onlar daha çox qardaş ölkə Türkiyəyə üz tuturlar.AZXEBER.COM Türkiyənin ən gözəl şəhərlərində mülk sahibi olan məşhurlarımızla bağlı araşdırma aparıb.
Bu siyahıda ilk pillədə xalq artisti
Röya Ayxan gəlir. İstanbulda evi olan sənətçi, daha sonra açıqlamasında Mayamidə də oğlu Hüseyn üçün ev almaq istəyini açıqlamışdı. Xalq artisti hər ölkədə bir evinin olmasını arzuladığını da bildirmişdi.
2018-ci ildə mətbuatda çıxan xəbərlərə görə həmin ildə
Aygün Kazımova və
Rəqsanə İsmayılova da İstanbulda ev alıb. Hazırda həmin evlərin mövcud olub - olmaması hada məlumat yoxdur.
Müğənni
Zamiq Hüseynov da İstanbulda mənzil sahibi olan məşhurlardandır. Hətta ilin hər fəslində onu İstanbulda istirahət edərkən görmək mümkündür.
Aparıcı-prodüser
Tarix Əliyev, Ayan Babakişiyeva, Brilliant Dadaşova, Natavan Həbibi, Aytac Tovuzlu da İstanbulu seçənlər arasındadır.
Müğənni
Nazəninin də İstanbulun Beylikdüzü səmtində evinin olduğunu açıqlamışdı.
Nadir Qafarzadə isə bir neçə il öncə İstanbulda ev aldığını açıqlasa da, pandemiya dövründə onu satdığını deyib.
Xalq artisti
Tünzalə Ağayevanın İstanbulda evinin olduğu deyilir. Daha sonra mətbuatda onun Bodrumda da mülk aldığı xəbərləri yayılmışdı.
Müğənni
Samir Piriyev və iş xanımı
Ruhi Əliyeva da yatırım üçün Bodrumu seçənlərdəndir. Hər üç simanın Bodrumun mərkəz hissəsində mülkləri mövcuddur.
Xalq artisti
Miri Yusif isə İzmir Kuşadasında ailəsi üçün böyük həyət evi alıb. Artıq bir neçə ildir ki, müğənninin xanımı övladları ilə birlikdə Kuşadasında yaşayır. Xalq artisti buna səbəb olaraq övladlarının təhsilini göstərmişdi.
Gənc müğənni
Elvin Abdullayev isə həmkarlarından fərqli olaraq mülk sahibi olmaq üçün Ankaranı seçib. O məclis üçün getdiyi şəhəri o qədər bəyənib ki, oradan villa almaq fikrinə düşüb. İkimərtəbəli ev alan müğənni evinin çox gözəl yerdə yerləşdiyini deyib.
Türkiyədə biznes quran müğənni
Elçin Cəfərov da İstanbulda evi olan məşhurlardandır.
Əməkdar artist
Dilarə Əliyevanın həyat yoldaşı, mərhum prodüser "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də 2017-ci ildə xanımına ad günü hədiyyəsi olaraq İstanbulda ev hədiyyə edib.
Bir zamanlar Türkiyədə yaşayacağını deyərək Azərbaycanı tərk edən aktrisa
Pərvin Abıyeva da İstanbuldan ev aldığını bildirmişdi.