65f5a0cd46373202403243821
Azərbaycanlı məşhura 200 min avroluq LÜKS AVTOMOBİL HƏDİYYƏ EDİLDİ - VİDEO

Məşhur fotoqraf Zeynal Məmmədliyə xəyalı olan avtomobil hədiyyə edilib.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, qiyməti təxminən 170-200 min avro arasında dəyişən "BMW i8" kifayət qədər bahalı və bir o qədər qeyri-adi dizayna malik avtomobili fotoqrafa kimin hədiyyə etdiyi məlum deyil.

Lakin İran əsilli iş adamı Manuçehr Əhədpurun həyat yoldaşı - azərbaycanlı model Diana Əhədpurla yaxın münasibəti ilə tanınan Zeynala bu avtomobili məhz modelin hədiyyə etdiyi ehtimalları da yüksəkdir.

Qeyd edək ki,  BMW i8-in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. BMW i8-in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır.   Avtomobilin mühərriki 362 at gücünə malikdir. BMW i8-in maksimum sürəti 250 kilometrdir.  BMW i8 modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. BMW i8 100 km məsafəni 4,5 saniyədə yığa bilir.

16.03.2024 17:36
show 1219