65d064ea4aae3202402244858
Azərbaycanlı məşhur SƏRXOŞ OLDU: Gecə başqa evə getdi - Qapını açan 3 nəfər... - VİDEO

Məşhur aktyor İlkin Misgərli "Utandım yerinə" layihəsinin qonağı olub.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, istedadlı gülüş ustası başına gələn ilginc hadisədən danışıb. İlkin gecə saatlarına qədər bir içki məclisində iştirak etdiyini və sərxoş olduğunu bildirib. 

Sərxoş olan aktyor gecə onu məclisdən evinə aparmaq üçün hər zaman çağırdığı taksi sürücüsünə zəng etsə də cavab verməyib. İlkin məcburiyyətdən yeni taksi sifariş verib. Evinin ünvanını düz desə də aktyorun yaşadığı əraziyə başqa səmtdən daxil olan taksi aktyorun sərxoş vəziyyətdə olan aktyorun mənzilinin yerini səhv salması ilə nəticələnib. 

Nəticədə İlkin gecə saatlarında qarşı binadakı eyni nömrəli mənzilin qapısını döyüb. Aktyor qapını tanımadığı 3 nəfərin açdığını deyib.

İlk dəqiqələrdən evi səhv saldığını anlamayan aktyorun başına gələnlərlə bağlı açıqlaması VİDEODA:

               

17.02.2024 11:47
12194