Ayan Babakişiyeva iki ay əvvəl etdirdiyi plastik əməliyyatdan sonra ilk dəfə canlı efirə çıxıb.
Qlobal.net xəbər verir ki, xanım müğənni "Zaurla Günaydın" verlişinin qonağı olub.
Aparıcı Günay dərhal müğənnin əməliyyatdan sonrakı dəyişikliyinə diqqəti yönəldib: "Verlişdən sonra məni birtəhər edəcəksən. Amma sənə deyim ki, çox gözəl olmusan. Gözlərin çox qəşəng olub".
Ayan aparıcıya "Amma çox dəyişməmişəm, hə?" sualı ilə qarşılıq verib.
Günay cavabında əməliyyatın çox əla alındığını qeyd edib: "Yüngül toxunuş edib. Özünsən, əsas odur özünsən. Amma gözlərinin iriliyi itməyib də, yuxarı doğru qalxıb. Çox qəşəngdir, çox bəyəndim".
Qeyd edək ki, Ayan məliyyatdan sonra yerli sayrtlardan birinə açıqlamasında bildirmişdi ki, "Çox cüzi, yəni hiss edilməyəcək dərəcədə kiçik toxunuşlarla korreksiya olunub. Göz nahiyyəmi dartdırdım (endoskopik üz gərmə - red.), buxağımda və bədənimdə liposaksiya əməliyyatı keçirdim". (milli.az)