Azərbaycanlı maşinistin Aşura zamanı etdiyi böyük risk

SSRİ dövründə din qadağan olunsa da Azərbaycanda gizli aşura mərasimləri keçirilirdi.
Qlobal.net bildirir ki, həmin dövrdə Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncədə inanılmaz bir hadisə baş verir.
1963-cü ildə Aşura günü Bakı–Qazax marşrutu üzrə hərəkət edən sərnişin qatarının maşinisti öz təşəbbüsü ilə Gəncəyə yollanan zəvvarların İmamzadə dini kompleksinə daha rahat çatması üçün qatarı Gəncə dəmir yolu stansiyasında deyil, birbaşa məbədin yaxınlığında saxlayıb.
O dövrdə SSRİ-də dinlə bağlı fəaliyyətlər qadağan olunduğundan, bu addım ciddi risk daşıyırdı. Maşinistin bu hərəkəti isə xalqın yaddaşında həm şücaət, həm də dini inanca hörmət nümunəsi kimi qalıb.
Qeyd edək ki, bu hadisə sovet dövründə dinə aşkar simpatiyanın nadir nümunələrindən biri kimi tarixə düşüb.
Maşinistin sonrakı taleyi haqda məlumat yoxdur.
Murad
Qlobal.net