635a34d3ef7e6202210223547
Azərbaycanlı kriminal avtoritet Türkiyədə ÖLDÜRÜLDÜ - FOTOLAR

İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.

 Qlobal.net xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb. 

Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb. 

Fotoda Elnur Qasımov ("Qardaşoğlu") və qardaşı Emin Qasımov (Naxçıvanski)

 

 



Qafqazinfo

27.10.2022 11:35
show 1215