64a8412b11157202307234531
Azərbaycanlı kişi oteldə arvadını öldürdü

Norveçdə azərbaycanlı qətl törədib.

Qlobal.net lent.az-a istinadən bildirir ki, hadisə qaçqınlar üçün olan "Magic" otelində baş verib. 30 yaşlı ukraynalı qadın burada ağır yaralı halda tapılaraq, xəstəxanaya yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs edilib. Hadisəni törədən şəxsin 30 yaşlı azərbaycanlı olduğu bildirilir.

Məlumata görə, cütlüyün bir övladı varmış.

07.07.2023 20:44
show 3214